10 May 2023 17:25
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə FHN Aparatının məsul şəxsləri və kombinatın əməkdaşları iştrak edib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan FHN “İzotop” xüsusi kombinatının direktoru Fikrət Aslanov ümummilli lider Heydər Əliyevin mənalı ömür yoluna nəzər salıb, Azərbaycanın inkişafı naminə həyata keçirdiyi misilsiz işləri diqqətə çatdırıb. F.Aslanov Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın yüksək sürətlə inkişaf etdiyini, dünya dövlətləri arasında layiqli yer tutduğunu bildirib.

Tədbir çərçivəsində “İzotop” xüsusi kombinatının əməkdaşı Fariz Rüstəmov “Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi milli sərvətimizdir” mövsusunda təqdimatla çıxış edib.

Kombinatın əməkdaşı Cahangir Qulamov Ümumilli Liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, gördüyü titanik işlərdən danışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər