Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar qardaş ölkənin Konya şəhərində keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimlərini izləyiblər.
Teleqraf.com xəbər verir ki, H.Akar həmkarını Hərbi Hava Qüvvələrinin qərargahında qarşılayıb.
Onlar “Anadolu Qartalı” Tədris Mərkəzində fəxri qarovulun önündən keçiblər və şəxsi heyəti salamlayıblar. Daha sonra xatirə şəkli çəkdirilib.
Brifinqdən sonra təlim çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü" keçirlib.
Z.Həsənov, H.Akar və digər qonaqlar təlimlərin əsas mərhələsini izləyiblər.