Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Ulu Öndərə həsr edilmiş sərgi ilə tanış olublar.
Agentliyin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun akt zalında davam edən tədbir Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov çıxış edərək deyib ki, hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyi olan Ulu Öndərin həyat və fəaliyyəti Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış böyük bir salnaməsidir. O, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə Ümummilli Liderin titanik fəaliyyətindən danışıb, Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.
“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktor müavini Emin Rəhimov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatınin sədri Azər Süleymanov və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı kimi şərəfli, lakin çətin missiyanı böyük əzmlə yerinə yetirdiyini vurğulayıb, ölkəmizin inkişafı sahəsində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs ediblər. Cıxışlarda ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri arasında dinamik inkişafına görə lider mövqelərdə olduğu qeyd edilib.
Tədbirin yekununda YAP Nəsimi rayon təşkilatına təqdim olunan sosial şəbəkələr üzrə töhfə verən bir qrup fəal mükafatlandırılıb.