12 May 2023 14:44
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlavə təhsil haqqında qanuna dəyişikliklərin edilməsinə ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı bildirib.

Deputat məktəblərin bir qisminə direktor təyin edilməməsinə də toxunub:

“Bu məsələ hansı formada tənzimlənir ki, Azərbaycanda olan orta məktəblərin 1/6-də direktor yoxdur? Salyanda 20 məktəbdə məktəb direktoru yoxdur. Rayonda Təhsil sektorunun rəhbəri təhsil ilə əlaqəsi olmayan, iqtisadiyyat sahəsində çalışan bir şəxsdir.

Qanunvericilikdə optimal yol tapmalıyıq ki, belə hallara imkan verilməsin. Digər tərəfdən, repetitorlar bizə ciddi problem yaradır. Bundan başqa, ali məktəbə ikipilləli qəbul var, bu, dünyanın heç bir yerində yoxdur. Bu gün Azərbaycanda 100 mindən çox şagird ali məktəbi bitirir, lakin onların yarısı işə qəbul olur, yarısı kənarda qalır. Peşə təhsilinin təkmilləşdirilməsi üçün qanunvericiliyə yenidən baxılmasına ehtiyac var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər