16 May 2023 14:36
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ani ünsiyyət proqramı “WhatsApp” “Chat Lock” (Söhbət kilidi) adlı yeni funksiyasını təqdim etdi.

Teleqraf.com xəbər verir ki, “Söhbət Kilidi” adlı yeni təbəqə yeni məxfilik funksiyası əldə edir və proqram daxilində söhbətləri gizlədəcək.

Bu mesajlara daxil olmaq istəyən istifadəçilər biometrik şəxsiyyət yoxlamaq məcburiyyətində olacaqlar.

“Meta” tərəfindən elan edilən yenilik müvafiq olaraq, istifadəçilər müəyyən söhbətləri parol və ya biometrik şəxsiyyət yoxlaması ilə bağlaya biləcəklər.

Başdan sona şifrələmə dəstəyi ilə tanınan “WhatsApp” cihaza fiziki girişi olan hər kəsin mesajları oxumasına mane ola bilmirdi. Yeni funksiya hətta proqram açıq olduqda belə, söhbətləri qorumaq məqsədi daşıyır.

“Meta”nın təsvirinə görə, “Chat Lock” aktivləşdirilərsə, söhbətlər parol və ya biometrik qorunan qovluqda saxlanılacaq. Bu söhbətlərdən gələn bildirişlər göndərənin adını və ya mesaj məzmununu göstərməyəcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər