16 May 2023 17:58
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təhsil olan yerdə təhsildən yayınma hallarının da olması mümkündür. Əsas məsələ bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti qurumların birgə çalışmaqdır".

Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Emin Əmirullayev Nazirlər Kabinetinin müvafiq qərarı ilə artıq uşaqların müdafiəsi idarəsinin yaradıldığını diqqətə çatdırıb:

"İdarənin fəaliyyətinin qurulması üçün işlər görülür. İdarə bu kimi hallarla bağlı müvafiq qurumlarla birgə işləyəcək. Bununla da şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil alması üçün şərait yaratmış olacağıq".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər