"Xırdalan məktəblərində sıxlıq normaldır. Bir məktəb isə təmirə bağlanıb. Ona görə də həmin məktəblərə I sinfə qəbulda problem yaranır".
Teleqraf.com xəbər verir ki bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə bir sinifdə 30 şagirdlik yer varsa, əlavə stul qoyub 40 nəfərlik şagird yeri etsək, durum ağırlaşar: "Vaxtında planlaşdırma düzgün aparılmayıb. Məktəb azdır, şagird isə çoxdur. Düşünürəm ki, yeni məktəblərin açılmasını sürətləndirə biləcəyik".