18 May 2023 12:59
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 17-də gün ərzində müşahidə olunan yağıntılar 18-i gecə saatlarından kəsilib, yağıntılar nəticəsində qar örtüyünün hündürlüyü Şahdağda 7 sm, Xınalıqda 3 sm olub.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qrız, Şahdağ, Lerik, Göygöl, Şamaxıda duman müşahidə olunub.

Mayın 17-də iqlim normasından 1.7° aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-22° isti, Naxçıvanda 29°-dək isti, dağlıq rayonlarda 12-14° isti, yüksək dağlıq ərazilərdə 1-3° isti, aran rayonlarında 27°-dək isti olub.

Mayın 19-u əsasən şimal və qərb rayonlarında, 20-si gündüzdən 22-dək isə əksər rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında isə mayın 19-u gün ərzində və 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər