Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Ən Güclü Gənc” layihəsinin icrası uğurla başa çatıb.
Nigar Quliyevanın verdiyi məlumata görə, layihənin məqsədi Bakı şəhəri üzrə 10 məktəb arasında Ən güclü gənci seçməkdən ibarət olub. Bakı şəhərinin Yasamal rayonunda yerləşən 173 saylı tam orta məktəb, Nizami rayonunda yerləşən 250 saylı tam orta məktəb, Yasamal rayonunda yerləşən 18 nömrəli tam orta məktəb, Səbail rayonunda yerləşən 132-134 nömrəli təhsil kompleksi, Nəsimi rayonu 46 nömrəli orta məktəb, 45 nömrəli orta məktəb,189-190 nömrəli məktəb, 34 nömrəli tam orta məktəb, 51 nömrəli tam orta məktəb və 42 nömrəli tam orta məktəblərində seçim turları həyata keçirilib. Layihə çərçivəsində nəzərdə tutulan köynəklər şagirdlərə paylanıb və hər məktəbdən 3şagird finala vəsiqə qazanıb.
Layihədən 300 -dən çox gənc şagird faydalanıb. Nəhayət layihənin final mərhələsi " GRAND" hoteldə baş tutub. Finalda 10 məktəbin güclü və intelektual gənc şagirdləri iştirak edib. Final mərhələsi test və açıq suallarla keçirilib və sonda güclü gənc seçilib. I, II, III, IV yerin qalibləri isə diplom və hədiyyələrlə mükafatlandırılıb.
Cavidan