28 May 2023 00:42
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Heydər Əliyev Beynəlxalq Aeroportunun gömrük nəzarəti zonasında Dubay-Bakı aviareysi ilə gələn bir qrup şəxs kommersiya məqsədləri üçün nəzərdə tutulan malları sadələşdirilmiş qaydada gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirməyə cəhd göstərib.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin şəxslərə gömrük qanunvericiliyinin tələblərini izah edib, gömrük rəsmiləşdirilməsinin və gömrük ödənişlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Gömrük əməkdaşları həmin şəxslərə məxsus irihəcmli baqajlara gömrük baxışının həyata keçirilməsi məhdudluğunu nəzərə alaraq və digər aviareyslərlə gələn baqajsız sərnişinlərə maneçilik yaratmamaq məqsədilə onlara qonşu inzibati binada gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün istiqamət veriblər. Lakin həmin şəxslər gömrük əməkdaşlarının haqlı tələbinə məhəl qoymayaraq müxtəlif vasitələrlə gömrük orqanları haqqında mənfi ictimai rəy yaratmağa və bu yolla gömrük əməkdaşlarına təzyiq etməyə cəhd göstəriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər