30 May 2023 10:50
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkətdən ayrılıb.

Teleqraf.com xəbər verir ki, o “RİA Novosti”yə açıqlamasında daha çox diqqəti öz layihələrinə yönəltmək niyyətində olduğunu söyləyib: “Atamla məsləhətləşdik və birlikdə qərar qəbul etdik ki, mənim səlahiyyətlərim kompaniyanın aparıcı top-menecerləri arasında bölünəcək. Hazırda kurort şəhəri “Sea Breeze”, fitnes klublar şəbəkəsinin inkişafı, eləcə də restoranlar şəbəkəsi kimi layihələrimlə məşğulam”.

Qeyd edək ki, Emin Ağalarov 2001-ci ildən “Crocus Group”da çalışıb, 2014-cü ildən birinci vitse-prezident vəzifəsini tuturdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər