Şəhid valideynləri üçün fərqləndirici nişanlar hazırlansa yaxşı olar.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat təklif edib ki, şəhid ata və analarının fərqlənməsi üçün fərqləndirici döş nişanının tərtib olunması məqsədə müvafiq olar.
O qeyd edib ki, həmçinin qazilər və müharibə iştirakçıları üçün də fərqləndirici üst geyiminin olması yaxşı olar: "Bu məsələlərə aidiyyəti dövlət qurumları ilə aydınlıq gətirmək olar".