30 May 2023 11:47
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişdirilib.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərarının layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Kamran Bayramovun namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Bundan başqa, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rufət Quliyev seçilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev idi.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər