Heç sovet dövründə sahibkarlar bu qədər get-gələ salınmırdı.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
O qeyd edib ki, biznes mühitində şəfafflıq yaradılmalıdır:
"Dövlət məmurları sahibkarlara normal fəaliyyət üçün imkan verməlidir. Kağız üzərində hər şey yaxşıdır. Amma işə gələndə bu görünmür. İş yerini iş adamı yaradır. Ona iş yeri açmaq üçün maneə olmaq lazım deyil".