Oxşar xəbərlər
Şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsi həll olunmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva deyib.
O qeyd edib ki, şəhid və qazi ailələri rayonlarda niyə işlə təmin olunmur:
"Bu məsələ niyə həll olunmur? Bu, ciddi araşdırılmalıdır. Eyni zamanda müharibə iştirakçılarının müalicəsi ilə bağlı ciddi addımlar atılmalıdır. Şəhid ailələrinin ev məsələsi bu gün ən aktual məsələ kimi gündəmdədir. Onların evlə təmin olunması məsələsi hər birimizin diqqətində olmalıdır".