1 İyun 2023 20:23
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsi şagirdlər üçün öz qapılarını açıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbin şagirdləri Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin hakimi Elşad Şamayev uşaqlara məhkəmələrin dövlət quruluşunda yeri və rolu, uşaq hüquqlarının qorunması sahəsində qanunvericilik və təcrübə barədə məlumatlar verib. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər