Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təcili müdaxilə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.
Elşad Hacıyev qeyd edib ki, Ceyhun Rzayev fikirindən daşındırılaraq polis orqanına dəvət edilib: "Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir".
***
10.07
Jurnalist Ceyhun Rzayev bu gün saat 11:00-da intihar edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbukda yazıb.
"Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa - üzr istəyirəm. Haqqınızı halal edin.
Bu gün saat 11:00-da intihar edəcəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm, bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər.
Ünvan: Kaveroçkin küçəsi 8. Göy Məscidin arxasında "Dərə" marketin yaxınlığı", - o bildirib.
Qeyd edək C.Rzayev, ATV kanalında yayımlanan "Futbolumuz" verilişinin aparıcısıdır. O, bir müddət öncə valideynləri tərəfindən yaşadığı evdən çıxarıldığını və mülkiyyət hüququnun pozulduğunu açıqlamışdı.