Ağsu dolayları haqqında danışmaqdan artıq yorulmuşam. Ağsuda 400-ə yaxın ev hələ də zəlzələdən sonra bərpa olunmayıb. 4 milyon manat ayrılmalıdır, ayrılmır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bugünki növbədənkənar iclasında deyib.
O qeyd edib ki, seçiciləri ona irad bildirir: "Seçicilərimiz deyir Milli Məclisdə məsələni qaldırsınız, amma ortada heç bir iş yoxdur. Nə qədər təklif irəli sürmüşəm, biri də icra olunmur. Çox xahiş edirəm hökumət bu məsələləri nəzərə alsın. 2022-ci ilin dövlət büdcəsi haqqında danışanda tez-tez 1992-ci il yadıma düşür. Ağlım orda qalıb".