Oxşar xəbərlər
Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) dövlət tərəfindən verilən subsidiyaların qalıq kimi bank hesabında qalmasında qəbahət yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, müəyyən dövlət şirkətərinə, xüsusilə də publik hüquqi şəxslərə iqtisadi dəstək tədbirləri çərçivəsində və ya yaranan zərərin qaşrılanması üçün subsidiyalar yönəldilir. Bu, həmin şirkətlər tərəfindən istifadə olunmalıdır. Amma bu o anlama gəlmir ki, bu şirkətlərin bank hesabları sıfırlanmalıdır”.
Nazir bildirib ki, bizdə olan məlumata görə, AZAL-ın bank hesabında ilin sonunda qalıq kimi 8,3 milyon manat qalıb".