6 İyun 2023 13:50
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə müraciətlər olur.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında deyib.

Deputat bildirib ki, həmin saytlar vasitəsilə müxtəlif formada vədlər verilir: “Əməkhaqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı ciddi şəkildə alınmalıdır. Kimlərisə şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlərdə iştirak etdi. Odur ki, buna yol verməməliyik və bunu qanunla tənzimləməliyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər