6 İyun 2023 19:42
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və onların müavinlərinin hərb sənəti, bölmələrin idarə edilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı düzgün qərar qəbuletmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə komandir hazırlığı məşğələsi keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.

Zabitlər “Qarovul şəhərciyində qarovula təyin olunmuş şəxsi heyətin təlimatlandırılması metodikası”, “Artilleriya divizionu ilə döyüş atışlı taktiki təlimin təşkili və keçirilməsi” mövzularından praktiki dərslərdə iştirak edib və atıcı silahlardan atış çalışmalarını yerinə yetiriblər.

Məşğələ zamanı zabitlər xüsusi təyinatlı bölmələr tərəfindən kəşfiyyat cığırının dəf edilməsi və yüksəklikdə yerləşən düşmən obyektlərinin ələ keçirilməsi üzrə fəaliyyətləri izləyiblər.

Təlim-Tədris Mərkəzində keçirilən nəzəri dərslərdə Hüquq, Maddi-texniki təminat, Dövlət sirrinin mühafizəsi və Mənəvi-psixoloji hazırlıqdan mühazirələr oxunub.

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən keçirilən məşğələnin sonunda zabitlərə bölmələrin idarə olunması və döyüş hazırlığının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər