7 İyun 2023 13:14
283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycan-Türkiyə peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi hazırlanır.

Teleqraf.com xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, bu sənəd yaradılacaq 2 peşə təhsili müəssisəsində tədrisin, maliyyə və idarə etmənin təşkili ilə bağlı məqamları tənzimləyəcək.

Agentlik rəsmisi bildirib ki, sənəd tamamlandıqdan sonra aidiyyəti üzrə göndəriləcək:

"Hökumətdə daxili razılaşma prosedurundan keçdikdən sonra tərəflər arasında imzalanma olacaq. Bununla da iki ölkə arasında birgə təhsil müəssisələrinin yaradılması üçün hüquqi baza tam olaraq formalaşmış olacaq. Hüquqi baza formalaşdıqdan sonra maddi-texniki bazanın formalaşması, tələbə qəbulu və tədrisin təşkili məsələləri öz həllini tapacaq.

Paralel olaraq tətbiqi nəzərdə tutulan qida və işçilərin hazırlanması, hotelçilik və səyahət xidmətləri və informasiya texnologiyaları ixtisas qrupu üzrə təhsil proqramlarının qarşılıqlı razılaşdırılması işləri icra edilir. Tədris planları hazırlanır, proqramın məzmun hissəsinin tamamlanması üzrə işlər aparılır".


Müəllif: Teleqraf.com