Fövqəladə Hallar Nazirliyinin rəsmi “Instagram” sosial şəbəkə hesabına vətəndaş tərəfindən daxil olmuş müraciətdə Bakı şəhərinin Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə küləyin təsirindən dəmir parçalarının qopması və ətrafdakı insanlar üçün təhlükə yaratması qeyd olunub.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşın müraciəti əsasında Nazirliyin Bakı Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər binanın dam örtüyündə qopmuş dəmir parçalarını xüsusi vasitələrlə götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.