7 İyun 2023 19:26
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 19 may tarixli qərarı ilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının yeni tərkibi (əlavə 1) təsdiq edilib.

Elmi-məsləhət şurasının əsas fəaliyyəti məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasında Ali Məhkəməyə köməklik göstərməkdən ibarətdir.

Elmi-məsləhət şurasının ilk iclasının cari ilin 23 iyun tarixində videokonfrans formatında keçirilməsi planlaşdırılır. İclasda “Əmlak münasibətlərində vicdanlı alıcı” (əlavə 2) mövzusu üzrə müzakirələr təşkil olunacaq.

Müzakirə ediləcək mövzuların əhəmiyyətini nəzərə alaraq, Ali Məhkəmə qeyd olunan mövzular üzrə hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 9 iyun tarixədək bu elektron ünvana a[email protected] müraciət etmələri (CV əlavə olunmaqla) xahiş olunur. Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər