8 İyun 2023 11:59
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 19 mm, Ceyrançöldə 15 mm, Lerik, Şəkidə 12 mm, Qusar, Gədəbəy 8 mm, Balakən, Şahbuz, Göygöldə 6 mm, Astara, Oğuz, Zaqatala, Naftalan, Quba, Qrız, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən, Tərtər, Yardımlı, Şəmkir, Ağdam, Qobustan, Şərur, Ordubad, İsmayıllı, Xaltan, Şahdağ, Bərdə, Göyçay, Zərdab, Kürdəmirdə 5 mm-dək olub.

Zaqatala rayonunun Talaçay-Zaqatala məntəqəsindən sel keçib.


Müəllif: Teleqraf.com