“Kosmik fəaliyyət haqqında” qanun layihəsi çox sadə hazırlanıb, diqqət edilməli olan sahələr var".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, bu sahədə təhsil önəmlidir: “Kosmik sahədə xaricdə təhsil alan mütəxəssislər cəlb olunmalıdır. Eyni zamanda burada dövlət sirrindən, təhlükəsizlikdən söhbət gedir. Dövlətin dəstəyi ilə mütəxəssislərin yetişdirilməsi vacibdir. Bu adi sahə deyil ki, göndərib qardaş Türkiyədə yetişdirəcəyik. Lazım gələndə biz mütəxəssisləri Amerikaya və digər ölkələrə yollayacağıq. Ona görə də buna diqqət yetirmək lazımdır”.