Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Vorvik Universitetinin, “Warwick Manufacturing Group” (WMG) Bərpa Olunan Enerji mənbələri sahəsində “Master of Science” (təbiət elmləri üzrə) ikili diplom proqramını təqdim edirik.
Bu unikal proqram WMG tərəfindən həyata keçirilən səkkiz modul və layihə nəticəsində Vorvik Universitetinin magistr dərəcəsini və ADNSU-nun təqdim etdiyi altı modul ilə ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planı təklif edir.
Sözügedən proqram çərçivəsində tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin edəcəkdir. Qeyd etmək lazımdır ki, Vorvik Universiteti 2023-cü ilin QS reytinqinə əsasən hazırda dünyada 64-cü yerdədir.
Vorvik Universiteti ilə əməkdaşlığımız bərpa olunan enerji texnologiyalarından istifadə üzrə ixtisaslaşmış milli mütəxəssislərin hazırlanması üçün dayanıqlı tədris mühitinin yaradılmasına yönəlib.
Təhsil proqramı ilə bağlı detallı məlumatlar və yeniliklər yaxın vaxtda ictimaiyyətin diqqətinə təqdim ediləcəkdir.