Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, Orxan Fikrətoğlu öz ərizəsi ilə işdən ayrılıb.
O.Sadıqovun yerinə təyinat olmayıb.
Mədəniyyət Nazirliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Orxan Fikrətoğlu Kino Agentliyində müşavir vəzifəsinə təyin edilib.