12 İyun 2023 00:55
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 11-i günorta saatlarından başlayaraq Qubada yağan güclü yağış çaylarda suyun səviyyəsini artırıb, sel təhlükəsi yaradıb.

Teleqraf.com xəbər verir ki, Vəlvələçayda yaranan sel suları çayın kənarında Təngə dərəsi adlanan ərazidə yerləşən istirahət mərkəzinin bəzi avadanlıqlarını aparıb. Yağış nəticəsində yaranan sel suları dağlıq kəndlərdə həyətlərə dolub, Yuxarı Digah kəndində isə daş hasarı uçurub.

Sel nəticəsində xəsarət alan yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər