Qobustan rayonunda 3 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun
məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 03:37-də Qobustan stansiyasından 12 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 57 kilometr dərinlikdə yerləşib.