"Olimpiya idman komplekslərinin və gənclər evlərinin özəlləşdiriməsinə özəl sektorun marağının olacağını real hesab etmirəm".
Teleqraf.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında sözügedən obyektlərin özəlləşdirilməsi ilə bağlı edilən təklifə münasibət bildirərkən deyib.
Bununla belə, nazir həmin qurumların təyinatının dəyişdirilməməsi şərtilə özəlləşdirilməsinə aidiyyəti dövlət orqanlarının baxacağını istisna etməyib.