16 İyun 2023 09:14
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan universitetinin yaradılması uzun müddətdir ki, müzakirə olunur və yaxın tarixdə yaradılması nəzərdə tutulur. Əlbəttə, burada məqsəd ölkəmizdə Türkiyə təhsili almaq istəyən vətəndaşlara yeni ixtisaslar üzrə təhsil almaq, eynilə Türkiyə vətəndaşlarına da Azərbaycanda bu imkanı yaratmaqdır.

Bu sözləri Teleqraf.com-a təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, mövcud əmək bazarında daha çox tələbat olan ixtisasların hazırlığı nəzərdə tutulur ki, bu da hər iki ölkə üçün perspektivli gənc kadrların hazırlanması deməkdir.

Universitetin formatına gəlincə, ekspert bildirib ki, demək olar daha çox texnoloji, təbiət və səhiyyə istiqamətində kadrların hazırlığı prioritet olacaq: "Bakalavr və magistr pillələri üzrə kadr hazırlığı həyata keçiriləcək".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatı zamanı deyib ki, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlamasını təmin edəcəyik.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər