Güclü yağış nəticəsində bağlanmış Quba-Xınalıq yolunun bir hissəsində hərəkət bərpa olunub.
Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub. Təxirəsalınmaz tədbirlər nəticəsində yolun 52-ci km-nə qədər olan hissəsində təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib. Hazırda Quba-Xınalıq yolunun 52-56-cı km-lik hissəsində işlər davam etdirilir.
Qeyd edilib ki, yaranmış sel suları Quba-Xınalıq avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub.