12 May 2014 17:15
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsu” ASC Binəqədi rayonu 7-ci mikrorayon Süleyman Sani Axundov küçəsində su və kanalizasiya xəttinin çəkilişi üçün heç bir sifariş almayıb. “Azərsu” ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a belə deyiblər.

“Gündəlik Teleqraf” MMC-nin yerləşdiyi həmin küçədə yolun bərbad vəziyyətdə olması barədə bir neçə dəfə, o cümlədən qəzetin 9 may 2014-cü il tarixli sayında yazı dərc olunub.

Binəqədi Rayon İcra Hakimiyyətindən araşdırma aparan qəzetin müxbirinə bildirilib ki, yolun asfaltlanması ərazidə kommunikasiya xətlərinin çəkilməsindən sonra mümkün ola bilər. İcra Hakimiyyəti buna görə “Azərsu” ASC ilə əlaqə saxlamağı tövsiyə edib.

“Azərsu”nun mətbuat xidməti isə bəyan edir ki, qurum ərazidə su və ya kanalizasiya xəttinin çəkilməsi ilə bağlı indiyədək heç bir iş görməyib və deməli, yolun yararsız vəziyyətə düşməsində günahkar sayıla bilməz: “Heç planda da belə bir məsələ nəzərdə tutulmayıb ”.


Qeyd edək ki, tək redaksiyanın yolu deyil, ümumiyyətlə, 7-ci mikrorayon ərazisində bir çox küçələr kələ-kötür, bərbad vəziyyətdədir.

SEVİL


Müəllif: