7 Yanvar 2015 16:21
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyahıda məşhur tibb mərkəzinin də adı var

Vergilər Nazirliyi borclu vergi ödəyicilərinin adlarını açıqlayıb. Teleqraf.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, borclu ödəyicilər arasında ölkənin məşhur firma və müəssisələri də var. Nazirliyin məlumatında bildirilir ki, əksər vergi ödəyiciləri vergilərini müəyyən olunmuş müddətlərdə, müxtəlif səbəblərdən yaranmış vergi borclarını isə mümkün qədər tez ödəməyə çalışsalar da, bəziləri qanunvericiliyin tələblərini pozaraq onların dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etmirlər. Bu da büdcəyə vergi daxilolmalarına mənfi təsir göstərir. Belə halların aradan qaldırılması üçün Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən aparılan mütəmadi təhlillər əsasında, imkanı olmasına baxmayaraq, vergi borcunu ödəməkdən yayınan vergi ödəyicilərinə qarşı digər qanunamüvafiq tədbirlər görülməklə yanaşı, onların siyahısı həftədə “Vergilər” qəzetində dərc edilir və artan yekunla nazirliyin rəsmi veb-saytında yerləşdirilir. Borcunu ödəyən vergi ödəyicisinin adı siyahıdan çıxarılır.

Adlarının ictimaiyyətə açıqlanmasını və bundan irəli gələ biləcək ciddi problemlərlə üzləşmək istəməyən vergi ödəyiciləri dövlət büdcəsinə borclarının ləğv olunmasını təmin etməlidirlər.

Borclu vergi ödəyiciləri arasında “Milk-PRO” MMC, “Bakı Şərab - 2” ASC, “Elite Travel” MMC, “Andromed” Tibb Mərkəzi də daxil olmaqla 297 müəssisənin adı var.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər