17 İyun 2023 15:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Heydər Əliyev İli” çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Xırdalan şəhəri, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsi” adlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in İcraçı direktorun müavini Araz Nəsirov, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in departament rəhbərləri, tibb müəssisələrinin direktorları, idarə rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilmiş, gül dəstələri qoyularaq xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Hikmət İbrahimli və şəhid-leytenant İlqar Vəliyevin həyat yoldaşı, rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Təhminə Vəliyeva çıxış edib.

Çıxışlar zamanı Ulu Öndərin Azərbaycan tarixində silinməz izlər buraxmağından, xalqın rifahı naminə apardığı siyasətdən və ölkənin inkişafı üçün bütün sahələrdə, o cümlədən səhiyyə ilə bağlı reallaşdırılan islahatlardan bəhs edilib. Bugünkü müasir Azərbaycan səhiyyəsinin dünya standartlarına cavab verəcək şəkildə qurulmasında əsas səbəb olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsi olduğu vurğulanıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər zaman səhiyyə sahəsinə xüsusi qayğı göstərdiyi və onun rəhbəliyi ilə bir çox uğurlu layihələrin həyata keçirildiyi qeyd edilmişdir. Ölkədə İcbari tibbi sığortanın tətbiqi ilə vətəndaşların TƏBİB-in istənilən tibb müəssisəsində “xidmətlər zərfi” çərçivəsində ödənişsiz şəkildə tibbi xidmətlərdən yaralana bilməsi, həmçinin hər sahədə olduğu kimi tibb sahəsində də şəhid ailələrinə və qazilərə göstərilən diqqətin böyük olduğu qeyd edilib.

Daha sonar “17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə bir qrup tibb işçisi təltif edilib, xatirə şəkilləri çəkilib.

Sonda gənc müsiqi ifaçıları tərəfindən bədii hissə təqdim edilib.

“17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə rayon Mərkəzi Xəstəxanasının əməkdaşı olan şəhid ailələrinin üzvləri – şəhid baş leytenant, “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş Röyal Ələkbərovun anası Faidə Ələkbərova və şəhid baş leytenant, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva tibb sahəsində fədakar xidmətlərinə, o cümlədən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə fəal iştiraklarına görə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilərək peşə bayramları təbrik edilmiş, gələcək işlərində uğurlar arzulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər