20 İyun 2023 12:51
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 19-da Belçika Krallığının paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında ÜGT Siyasi Komissiyasının 88-ci sessiyası öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, sessiyada Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Siyasi Komissiyada COVID-19 layihəsi üzrə yekun hesabat, Harmonik Sistemin strateji baxımdan yenilənməsinə dair məlumatlar, Özəl Sektor Məşvərət Qrupunun iclasına dair Hesabat, Elektron Ticarətlə bağlı yeniliklər, ÜGT-nin Strateji Planının 2023-2024-cü illər üzrə İcra Planı, Yaşıl Gömrük, Həssas Sərhədlər və digər məsələlər müzakirə olunur.

Azərbaycan gömrük xidməti Siyasi Komissiyanın üzvü kimi ÜGT Baş katibin məruzəsi, ÜGT-nin 2022-2025-ci illər üzrə Strateji Planı və 2023-2024-cü illər üzrə İcra Planı, Texnologiya və İnnovasiyalar, Yaşıl Gömrük və Həssas Sərhədlər mövzularında mövqeyini, təklif və rəylərini bildirib, müzakirə olunan məsələlərin üzv dövlətlərin gömrük işinin təkmilləşdirilməsinə, beynəlxalq ticarətə mühüm dəstək göstərəcəyini diqqətə çatdırıb.

ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədri Şeyx Əhməd bin Hamad Əl Xəlifə gündəlikdəki “Yaşıl Gömrük” mövzusunda müzakirələr zamanı Azərbaycan gömrüyünün bu istiqamətdə verə biləcəyi töhfələri və ölkənin bu sahədə inkişafını Bakıda olarkən müşahidə etdiyini xüsusi vurğulayıb.
Texnologiya və İnnovasiyalar mövzusundan bəhs edərkən ÜGT Baş katibi Kunio Mikuriya Azərbaycan gömrük xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Orta Dəhliz boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi” çərçivəsində Bakıda region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin iştirakı ilə aparılan müzakirələrin məlumat mübadiləsi və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Qeyd edək ki, 22-24 iyun tarixlərində isə ÜGT-nin Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyası keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər