20 İyun 2023 13:35
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Naxçıvan MR səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Əmrlə, Bağırov Zəbur David oğlu öz ərizəsinə əsasən, tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, bu ilin aprelində Naxçıvanın səhiyyə naziri Niyazi Hüseynqulu oğlu Novruzov vəzifəsindən azad olunub. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Samiq Sadıxova verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər