21 İyun 2023 13:25
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti) uçot dərəcəsinin 9 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə Teleqraf.com-a AMB-dən məlumat verilib.

Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb.

“Bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul edilib”, - deyə AMB bəyan edib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 26-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər