21 İyun 2023 13:49
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrandan ölkəmizə qaçaq yolla sağlamlıq üçün təhlükəli qabyuyan maye gətirilir”.

Teleqraf.com xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkə hesabında bildirib.

Ekspert bildirib ki, üzərində Azərbaycan dilində heç bir qeydin yer almadığı məhsulun məlumatları fars dilindədir.

Eyyub Hüseynov qaçaq yol ilə idxal edilən bu qabyuyan mayenin ucuz qiyməti ilə istehlakçıların diqqətini cəlb etdiyini, lakin bir müddət istifadədən sonra çox ağır və xoşagəlməz hallara gətirə biləcəyini qeyd edib. Ekspert qaçaqmalçılıq yolu ilə bazara çıxarılan məhsulun dövlət orqanları tərəfindən nəzarətdən keçirilmədiyini və bu səbəbdən tərkibinin çox təhlükəli olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər