22 İyun 2023 16:17
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Ordusunun atəşi nəticəsində qanunsuz erməni dəstə üzvünün yaralanması xəbəri yalandır".

Bu barədə Teleqraf.com-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"İyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə sorğuya cavab olaraq bildiririk ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb", - nazirlikdən bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər