22 İyun 2023 18:08
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzinin rəis müavini baş leytenant Davud Soltanov və həkim nevropatoloqu tibb xidməti mayoru Lamiyə Köçərli 15-16 iyun 2023-cü il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Türkiyə Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən, fevralın 6-da qardaş ölkədə baş vermiş ağır zəlzələnin fəsadlarının aradan qaldırılmasında iştirak etmiş təcili tibbi yardım qruplarının fəaliyyətinə həsr olunmuş dünya ölkələrinin təcili tibbi yardım qruplarının beynəlxalq seminarında iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, ABŞ, Almaniya, Yaponiya, Kuba, Malaziya, Qazaxıstan və digər ölkələrin də nümayəndələrinin iştirak etdiyi seminarda zəlzələ zonasında təcili tibbi yardım qruplarının fəaliyyəti, təminatı, göstərdikləri tibbi xidmətin həcmi, Türkiyə Respublikasının Səhiyyə Nazirliyi ilə koordinasiyası və digər məsələlər müzakirə olunub, uğurlu məqamlar və çatışmazlıqlar qeyd olunaraq qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Seminarda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tibb heyətinin və Kahramanmaraş şəhərində qurulmuş 2 mobil səhra hospitalının fəaliyyəti yüksək qiymətləndirilərək Ümumdünya Səhiyyə Təşkilatı və Türkiyə Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təşəkkür elan edilib.

Tədbirin sonunda FHN-in əməkdaşlarına xatirə plaketi təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər