23 İyun 2023 11:20
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş etiraz edir, dövlət də buna adekvat davranış nümayiş etdirir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü növbədənkənar sessiyasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, Gədəbəyin Söyüdlü kəndində olanlardan kimlərsə özləri üçün yararlana bilməz: "Orada polisin köntöy davranışına görə, bütöv sistemi qaralamaq düzgün deyil".

Deputat bildirib ki, biz bu gün Zəngəzur məsələsinə köklənməliyik: "Vaxtilə "Qarabağı unutma" şüarı var idi. İndi də "Zəngəzuru unutma" şüarı olmalıdır. Ona görə Söyüdlü məsələsinə həssas yanaşmaq lazımdır".

Deputat Məlahət İbrahimqızı deyib ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərlə dövlətimiz beynəlxalq aləmdə çox böyük nüfuza malikdir: "Bu isə Azərbaycana qarşı fobiyası olan ermənipərəst qüvvələrdə xüsusilə dərdi başından aşan Fransa kimi ölkələri və Makron kimi dövlət başçılarını çox narahat edir və onlar ölkəmizə qarşı açıq aşkar qərəzli mövqe göstərirlər. Bu qüvvələrin məqsədi içimizdə olan, milli satqınların əli ilə regionda söz sahibi olan ölkəmizdə xaos və müxtəlif təxribat törətmək və milli birliyimizi sarsıtmaqdır. Məqsəd dövlətimizi və xalqımızı əsas məqsədindən yayındırmaqla, Ermənistanla münasibətlərin normallaşma prosesini pozmağa və yeni bir münaqişənin yaranmasına nail olmaqdır. Heç şübhəsiz ki, Söyüdlüdə baş vermiş hadisələrdə də bu qüvvələrin dəsti xətti var. Etiraf edək ki, Söyüdlüdə baş verən insidentdə hər iki tərəfin də müəyyən səhvlikləri olub. Amma bu tərəflərin hər ikisi də bizimdir. Polis də bizimdir, uzun illərdir təcavüzkar Ermınistanla sərhəddə öz torpaqlarının keşiyində olan Söyüdlü kənd sakinləri də bizimdir. Buna görə də baş vermiş hadisəyə ancaq Azərbaycanın qanunvericiliyi çərçivəsində qiymət verilə bilər. Əminik ki, tezliklə baş vermiş olaylarda günahkar olan hər kəsin adekvat cəzası veriləcək. Daxildəki milli satqınlarımız da, xaricdəki antimilli qüvvələr, Fransa kimi Azərbaycanofobiyası olan ölkələr də bilməlidir ki, dövlətimiz də, millətimiz də gücü ilə birliyi yerindədir. Eləcə də müdrik xalqlmızın milli birliyi də, təmkini də yerindədir. Bu qüvvələr nə qədər gec deyilsə anlasınlar ki, müzəffər ali baş komandanımızın rəhbərliyi ilə üç yüz illik erməni düşmənçiliyini darmadağın edən xalqımız bü cür təxribatların da qarşısını almağa qadirdir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər