23 İyun 2023 13:35
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətlərinə SMS-lərlə bağlı iradımızı bildirib.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

"Sığorta şirkətlərinin belə bir hüququ yoxdur ki, əhaliyə SMS göndərsin və bildirsin ki, icbari sığortanız olmasa cərimələnəcəksiniz. Bu səlahiyyət müvafiq dövlət orqanlarına aiddir. Biz mütəmadi olaraq istehlakçılardan həmin narazılığı eşitmişik. Sığorta şirkətlərinə öz iradlarımızı bildirmişik ki, bu SMS və yaxud zənglər onların səlahiyyətində deyil", - deyə o qeyd edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər