23 İyun 2023 13:54
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bundan öncə əldə şuba, ayaqqabı satırdılar, indi dərman satırlar.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Etibar Əliyev deyib.

O qeyd edib ki, dərman indi əldə satırlar: "Axı, dərmanlar çox bahadır. Firmalar isə burada öz tariflərini qoyur. Taarif Şurası dərmanlara benzinin qiyməti kimi yanaşsa, onda vay bizim halımıza…”

Deputat bildirib ki, ötən günlərdə bir qohuma qığırdağının bərpası üçün özəl klinikaların birində iynə vurulmalı imiş: "Biz gözlədik, dərmanı firma gətirdi. Çünki o dərman apteklərdə satılmır. Qiyməti 350 manat idi. Bax indi ölkənin dərman sektorunun vəziyyəti bu cürdür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər