Azərbaycanın kosmik fəaliyyətinin prinsipləri müəyyənləşir.
Teleqraf.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında lll oxunuşda müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçiriləcək:
- kosmik fəzadan sülh naminə istifadə edilməsi;
- milli maraqların qorunması;
- kosmik resurslardan səmərəli istifadə olunması;
- milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi;
- kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq lll oxunuşda qəbul edilib.