Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi növbəti həftədə, qeyri-iş günlərində Bakı və Abşeron rayonunda yaşayan vətəndaşlara xidmət göstərəcək.
Teleqraf.com-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurumun Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 26 iyun – 2 iyul tarixlərində BRQSD-nın inzibati binasında, həmçinin qeyd olunan tarixlərdə (iyunun 28 və 29-u istisna olmaqla) Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində vətəndaşlara xidmət göstərəcəklər.
Bildirilir ki, “Azəriqaz” əməkdaşları həftə içi saat 10:00-dan 17:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 14:00-dək fəaliyyət göstərəcəklər.
Həmçinin abonentlər qaz təchizatı ilə bağlı Birliyin 104/185 Çağrı Mərkəzinə zəng edə və 077 3 104 104 “Whatsapp” nömrəsi vasitəsilə müraciətlərini edə bilərlər.