Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayı keçirilib
Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayı keçirilib. Qurultayda Beynəlxalq Pediatriya Assosiasiyası (IPA), Rusiya Pediatrlar İttifaqı, TƏBİB, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, digər səhiyyə təşkilatları və dövlət qurumlarından rəhbər şəxslər, Milli Məclisin deputatları, Azərbaycan, Türkiyə, Rusiya, eləcə də Avropa və Asiya ölkələrindən tanınmış səhiyyə işçiləri, elm xadimləri iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, dövlət himninin səslənməsi ilə başlayan qurultayda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun səhiyyə sahəsinə olan diqqət və qayğısından bəhs edən qısa metrajlı film nümayiş edilib.
Qurultayda çıxış edən Səhiyyə nazirinin müavini İlqar Qasımov ulu öndər Heydər Əliyevin yüz 100 illik yubileyi ilə bağlı ölkəmizdə silsilə tədbirlərin keçirildiyini bildirib.
Qeyd edib ki, ulu öndərin Azərbyacana rəhbərliyinin bütün dövrlərində səhiyyə sahasinə xüsusi diqqət və qayğı olub: “Bunun nəticəsidir ki, Azərbaycanda səhiyyə sistemində çöx böyük uğurlar nailiyyətlər əldə edilib. Ümummilli lider hər zaman insanların səhhəti, millətin sağlam gələcəyini şərtləndirən amilllərə xüsusi ilə yanaşıb. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva da o hər zaman insanların sağlamlığının qeydinə qalıb. Ulu öndər Heydər Əliyev əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsi ilə başlayıb. Bu prosesin əsası 1969–cu ildən qoyulub. Heydər Əliyevin səhiyyənin inkişafı üzrə tədbirlər kompleksinin əsas məqamlarından biri mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi idi. 1970–1980–ci illərdə respublikada bir çox mühüm səhiyyə obyektləri istifadəyə verilmişdir ki, bunların nəticəsində uşaq poliklinikaların sayı 150–dən 185–ə çatmışdır. Sözsüz ki, müasir səhiyyə müəssisələri müvafiq yüksək səviyyəli kadr potensialının olmasını zəruri edir. Məhz bu zərurətdən o dövr həkimlərin və orta tibb işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün Heydər Əliyevin təşəbbüsü ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və tibb məktəblərinə tələbə qəbulunun sayı artırılmışdır. Bunun nəticəsi olaraq ucqar bölgələrdə səhiyyə müəssisələrində kadr çatışmazlığı tədricən aradan qalxmış oldu”.
Nazir müavini bildirib ki, Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli addımlar atıldı: “Bütün bunların nəticəsi olaraq əzmlə demək olar ki, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu uğurla davam etdirilir”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd edildiyini bildirib.
Professor Azərbaycan Pediatorlar Assosiasiyasının bu qurultayının beynəlxalq səviyyədə həyata keçirildiyini söyləyib: “Bu onu göstərir ki, Azərbaycanda bu sahədə çox böyük irəliləyişlər var. Bu gün baş tutan qurultayda çıxış edənlərin əksəriyyəti məhz onu vurğulayırdılar ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan uşaq siyasəti böyük uğurla davam etdirilir. Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahəyə böyük diqqət və qayğı mövcuddur”.
Millət vəkili bu sahə ilə bağlı Ali Qanunverici orqanın təmsilçisi kimi daha çox uğurlu bir dəyişikliklərə yol açan prinsipial əsasların yaradılmasına çalışıldığını bildirib: “Çünki fundamental qanunvericilik bazası uşaqların müdafiəsində çox böyük imkanlar yaradır”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qurultay iştirakçılarını salamlayaraq ölkəmizdə ulu öndər Heydər Əliyevin 100 illik yubiley tədbirlərinin səhiyyə sektorunda yüksək səviyyədə qeyd olunduğunu bildirib.
O, dövlətimiz tərəfindən uşaqların sağlamlıqlarının qorunmasının daim diqqət mərkəzində olduğunu söyləyib:
“Son illər bu sahədə mühüm nailiyyətlərin əldə olunduğunu bildirib: “Ölkəmizdə uşaq hüquqlarının bütün sahələrinin əhatəli təmini üçün atılan addımlar göz önündədir. Təbii ki, dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də milli genofondumuzun qorunub saxlanmasıdır. Təbii olaraq bu məqsədlə Azərbaycanda son illərdə uşaqların sağlamlığının qorunması üçün bir çox zəruri tədbirlər icra edilib. Məhz bu önləyici tədbilər sırasında uşaq xəstəliklərinin erkən diaqnostikası məsələlərinə xüsusi diqqət yetirilib”.
Sədr müavini ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması dövlətin prioritet məsələsi olduğunu bildirib: “Bu gün uşaqların lazımınca qidalanması, peyvəndi, təhsili və tibbi xidmətən yararlanması olduqca vacib amildir. Bu baxımdan Azərbaycanda aparılan sosial siyasətin uğurlu tendensiyaları özünün müsbət nəticələrini göstərməkdədir. Ailə problemlərinə hərtərəfli qayğı və diqqətin mütəşəkkilliyini gücləndirmək məqsədilə Azərbaycanda Ailə, qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu sahədə mühüm işlər görülür. Məhz bu kontekstdə atılan addımlar, görülən işlər gələcəyimiz olan uşaqların sağlam böyüməsi və onun sağlam ruhda formalaşması üçün mühüm amillərdən biri hesab edilir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da qurultayın işini yüksək qiymətləndirib: “Ölkəmizdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətinə toxunub. Dahi liderin Azərbaycan səhiyyəsinin dünəni və bu günü üçün görmüş olduğu misilsiz işlərdən bəhs edib.
Qeyd edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində çox böyük addımlar atılır: “Elmin ən son texnoloji yenilikləri Azərbaycan səhiyyə sistemində tətbiq edilir. Məhz bunun nəticəsi olaraq bu gün Azərbaycanda səhiyyə sistemi özünün inkişaf dövrünü yaşayır. Çünki Azərbaycan dövlətinin başlıca amalı sağlam uşaq, sağlam gənclik və sağlam gələcəkdir. Bu istiqamətdə görülən işlər, atılan addımlar ölkəmizin gələcəyinin və sağlam nəslin yetişməsinə, formalaşmasına xidmət edir”.
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağızadə artıq bir neçə gündür ki, davam edən qurultayın işindən bəhs edib.
Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Pediatorlar Assosiasiyasının qurultayının keçirilməsi və bundan əlavə həyata keçirilən tədbirlərdə dahi liderin səhiyyəmizin dünəni və bu günü ilə bağlı görmüş olduğu misilsiz xidmətlərindən bəhs edilib.
Sədr bildirib ki, Azərbaycan Pediatorlar Assosiasiyası 1995-ci ildən Beynəlxala Pediatriya Assosiasiyasının üzvüdür: “32 ildir ki, Azərbaycan belə bir möhtəbər təşkilatla əməkdaşlıq edir. Həmin Assosiasiyanın tarixində ilk dəfə olaraq Azərbaycan Pediatorlar Assosiasiyasının Qurultayına çox böyük maraq və diqqət göstərilib və bu rəsmi şəkildə həyata keçirilib. Sözsüz ki, bu Qurultay ölkəmizdə Dünya Pediatorlar Assosiasiyası ilə birgə həyata keçirilir. Bu olduqca böyük diqqət və ölkəmizə olan yüksək mühasibətin göstəricisidir. Eyni zamanda Assosiasiya birbaşa dövlət sektori ilə birlikdə çalışır. Burada səhiyyə sektoruna, xüsusi ilə uşaq sağlamlığına dəstək verilir. Bu istiqamətdə Assosiasiya hər zaman öz fəallığını nümayiş etdirir”.
Tədbirdə çıxış digər məruzəçilər tibb elmi və yan ixtisaslara dair yeni nailiyyətləri müzakirə etmək, əsasəndə formalaşmaqda olan yeni nəsl həkimlərin inkişafına, elmi praktiki biliklərinin artırılmasına töhfə verməyin başlıca amil olduğunu söyləyib.
Vurğulayaq ki, Qurultayın proqramı pediatriyanı müxtəlif problemlərinə həsr olunmuş 15 elmi paneldən ibarət olub.
Tədbir çərçivəsində konqreslərdə iştirak etmək üçün 350-ə yaxın pediatr qeydiyyatdan keçib.
Panellərdə qeyd olunan ölkələrdən ümumilikdə 65-dən çox məruzəçi elmi işlərini təqdim ediblər.
Əsas məqsəd tibb elmi, xüsusilə də pediatriya və yan ixtisaslara dair yeni nailiyyətləri müzakirə etmək, əsasən də gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir.
Qeyd edək ki, Azərbaycan Pediatorlar Assosiasiyası təsis edildiyi vaxtdan etibarən ölkəmizdə uşaqların sağlamlığının qorunmasında möhkəmləndirilməsində və pediatriyanın inkişafında mühüm xidmətlər göstərir.