29 İyun 2023 22:09
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Audiovizual Şurası bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan Respublikası Audiovizual Şurası Fransada peşə borclarını yetirən "AZTV" televiziya kanalının əməkdaşlarına olunmuş təzyiq və hədələri qətiyyətlə pisləyir, bu faktı söz və media azadlığına təhdid kimi qiymətləndirir.

Məlum olduğu kimi, 28 iyun 2023-cü il tarixdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin müxbiri və operatoruna Fransada reportaj hazırlayarkən hücum olunmuş, onlara yüngül bədən xəsarətləri yetirilmiş, kameraları əllərindən alınmış və hədə-qorxuya məruz qalmışlar. Audiovizual media sahəsi üzrə tənzimləyici qurum olan Azərbaycan Respublikası Audiovizual Şurası Fransanın müvafiq orqanlarını, habelə beynəlxalq media və jurnalist hüquqları üzrə təşkilatları baş vermiş insidentə hüquqi qiymət verməyə çağırır, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün yerli hüquq-mühafizə orqanlarından bütün zəruri tədbirləri həyata keçirməyi tələb edir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər