Astarada dənizdə batma təhlükəsində olan üç nəfər xilas edilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“112” qaynar telefon xəttinə Astara şəhər çimərliyi ərazisində 3 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə yaxınlıqda xidmət aparan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Astara” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü İsmayıl Əsgərov, 1996-cı il təvəllüdlü Şiraz Qəribov və 1996-cı il təvəllüdlü Şəhriyar Mailzadə dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.